Şriftin ölçüsü :

Saytın rəngi :

Əzizov Xəyyam Əli oğlu

 

                       Soyadı :                          Əzizov

                       Adı :                                Xəyyam

                       Ata adı :                          Əli

                       Doğum tarixi :                08.11.1995

                       Dəfn olunduğu tarix :    11.11.2020

                       Rütbə :                            Baş leytenant

                       Təltifləri     

                                                                                   

 

 

Şəhid Əzizov Xəyyam Əli oğlu 8 noyabr 1995-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib.

2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə davam etmişdir. Leytenant Xəyyam Əzizov xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edir.
Azərbaycan Ordusunun baş leytenantı olan Xəyyam Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xəyyam Əzizov döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış lakin döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirmişdir və Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 08 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən xidməti dövründə baş leytenant Əzizov Xəyyam Əli oğlu "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, ölümündən sonra  15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə,  24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.                     

Keçidlər