Şriftin ölçüsü :

Saytın rəngi :

Aslanov Ağasadıq Xəlil oğlu

                     

                      Soyadı :                           Aslanov

                       Adı :                                Ağasadıq

                       Ata adı :                          Xəlil

                       Doğum tarixi :                01.03.1991

                       Dəfn olunduğu tarix :    08.11.2020

                       Rütbə :                            Gizir

                       Təltifləri

                                                                                                        

 

 

Şəhid Aslanov Ağasadıq Xəlil oğlu 1991-ci il martın 1-də Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbini bitirmişdir.

Ağasadıq Aslanov 01 oktyabr 2009-cu il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. Xidmətini Goranboy rayonu N saylı hərbi hissədə etmişdir.

Azərbaycan Ordusunun giziri olan Ağasadıq Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağasadıq Aslanov Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 08 noyabr 2020-ci il tarixində  Neftçala rayonu Kürqarabucaq kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Aslanov Ağasadıq Xəlil oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər