Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Mirzağa Məmmədbağır oğlu

               

                   Soyadı :                          Əliyev

                   Adı :                                Mirzağa  

                   Ata adı :                          Məmmədbağır

                  Doğum tarixi :                15.06.1996

                  Dəfn olunduğu tarix :    18.10.2020

                  Rütbə :                             Leytenant

                 Təltifləri

                                                                                              

 

 

Şəhid Əliyev  Mirzağa Məmmədbağır oğlu 1996-cı il iyunun 15-də Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R.Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir.

Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində Taqım Komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən errmənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mirzağa Əliyev Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmənin canlı qüvvəsini məhv edib geri qayıdan zaman onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da özü şəhidlik zirvəsinə ucalmışdır. 18 oktyabr 2020-ci ildə Neftçala rayonu, Xıllı qəbirstanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əliyev  Mirzağa Məmmədbağır oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə , "Vətən uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər