Şriftin ölçüsü :

Saytın rəngi :

Mehbalıyev Vasif Gülhəsən oğlu

             

                  Soyadı :                          Mehbalıyev

                   Adı :                                Vasif    

                   Ata adı :                          Gülhəsən 

                  Doğum tarixi :                26.03.1994

                  Dəfn olunduğu tarix :    16.10.2020

                  Rütbə :                             Leytenant

                 Təltifləri

                                                                                

 

 

Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu 1994-ci il martın 26-da Neftçala rayonu, Aşağı Surra kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Füzuli  döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Vasif Mehbalıyev 16 oktybar 2020-ci ildə Neftçala rayonu, Aşağı Surra kənd qəbirstanlığında dəfn olunub.

Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, "Azərbaycan Bayrağı" ordeni ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər