Şriftin ölçüsü :

Saytın rəngi :

Orucov Yunis Şaiq oğlu

                 

                        Soyadı :                             Orucov

                      Adı :                                   Yunis

                      Ata adı :                             Şaiq

                      Doğum tarixi :                  01.05.2001

                      Dəfn olunduğu tarix :      14.10.2020   

                      Rütbə :                               Əsgər            

                      Təltifləri

                                                                                                 

 

Şəhid Orucov Yunis Şaiq oğlu 01 may 2001-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olub. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olmuşdur. Musiqi məktəbini başa çatdıran Yunis, təhsilini Salyan peşə liseyində davam etdirmişdir. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirmişdir.

Şəhid Orucov Yunis Şaiq oğlu  27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşdə iştirak etmişdir. Ağdam-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 14 oktyabr 2020-ci il tarixində Neftçala rayonu Aşağı Qaramanlı kənd qəbirstanlığında dəfn olunmuşdur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Yunis Şaiq oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Keçidlər