Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədov Səbuhi İbrahim oğlu

                 

                       Soyadı :                                Səmədov

                       Adı :                                      Səbuhi

                       Ata adı :                                İbrahim

                       Doğum tarixi :                     23.06.1985

                       Dəfn olunduğu tarix :         09.10.2020   

                       Rütbə :                                 Gizir

                       Təltifləri

                                                                                                     

 

 

Şəhid Səmədov  Sabuhi İbrahim oğlu 1985-ci il iyunun 23-də Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olub. Orta təhsilini Xıllı qəsəbəsindəki Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbində almışdır.

Azərbaycan Ordusunun giziri olan Sabuhi Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb və şəhidlik zirvəsinə ucalıb. Sabuhi Səmədov 09 oktyabrın 2020-ci il tarixində Xıllı qəsəbə qəbirstanlığında dəfn olunub. Ailəli olub. Səmədov İbrahim adlı bir oğlu var.

Şəhid Səmədov  Sabuhi İbrahim oğlu xidməti dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26.06.2013-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə, 26.06.2018-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı ilə, "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Səmədov Sabuhi İbrahim oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər