Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramov Əmrah Hüseyn oğlu

                           

                       Soyadı :                            Bayramov 

                       Adı :                                  Əmrah

                       Ata adı :                            Hüseyn

                       Doğum tarixi :                  18.01.2001

                       Dəfn olunduğu tarixi :     30.10.2020

                       Rütbə :                              Əsgər    

                      Təltifləri

                                                                                                  

 

 

Şəhid Bayramov Əmrah Hüseyn oğlu 18 yanvar 2001-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah Bayramov 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixstisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olunmuşdur. 

Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə və düşmən postlarının alınmasında qəhrəmancasına iştirak etmişdir. Əmrah Bayramov Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 30 oktyabr 2020-ci il tarixində Neftçala rayonu, Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Bayramov Əmrah Hüseyn oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Keçidlər