Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Əkbər Güləhməd oğlu

 

                       Soyadı :                           Quliyev

                       Adı :                                 Əkbər

                       Ata adı :                           Güləhməd

                       Doğum tarixi :                 18.08.2000

                       Dəfn olunduğu tarix :     16.02.2021

                       Rütbə :                             Əsgər

                       Təltifləri

                                                                                                             

 

 

Şəhid Quliyev Əkbər Güləhməd oğlu 2000-ci il avqustun 18-də Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Əkbər Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Quliyev Əkbər Güləhməd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Quliyev Əkbər Güləhməd oğlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər