Şriftin ölçüsü :

Saytın rəngi :

İmanov Məmmədağa İqab oğlu

         

 

                      Soyadı :                            İmanov

                       Adı :                                 Məmmədağa

                       Ata adı :                           İqab

                       Doğum tarixi :                 04.04.2001

                       Dəfn olunduğu tarix :     01.06.2021

                       Rütbə :                              Əsgər

                                                                                     Təltifləri

                                                                                                                    

 

 

Şəhid İmanov Məmmədağa İqab oğlu 2001-ci il aprel ayının 4-ü Neftçala rayonu Dalğalı kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci il mayın 31-i Məmmədağa İmanovun nəşi tapılmış və ailəsinə təhvil verilmişdir. 01.06.2021-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid İmanov Məmmədağa İqab oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə " medalı ilə təltif edilib.

Keçidlər