Şriftin ölçüsü :

Saytın rəngi :

Abbasov Samir Azər oğlu

                      Soyadı :                           Abbasov

                       Adı :                                 Samir

                       Ata adı :                           Azər

                       Doğum tarixi :                 10.07.1997

                       Dəfn olunduğu tarix :     23.11.2020

                       Rütbə :                             Əsgər

                       Təltifləri

                                       

 

 

Samir Abbasov 10 iyul 1997-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olmuşdur. O, 2002-ci ildə Neftçala rayonu Xolqaraqaşlı kənd Qismət Nuralıyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin məzunu olmuşdur. 2018-ci ildə Binəqədi rayon peşə liseyində aşbazlıq ixtisasına daxil olmuşdur. 4 iyun 2019-cu il tarixində həmin peşə liseyini başa vurub, bir neçə ay aşbaz kimi çalışmışdır.

Samir Abbasov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abbasov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 23-ü anadan olduğu Neftçala rayonu, Xolqaraqaşlı kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Abbasov Samir Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və 26.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər