Şriftin ölçüsü :

Saytın rəngi :

Məlikov Mahmud Təhmasib oğlu

 

                       Soyadı :                           Məlikov

                       Adı :                                 Mahmud

                       Ata adı :                          Təhmasib

                       Doğum tarixi :                03.04.1994

                       Dəfn olunduğu tarix :    29.10.2020

                       Rütbə :                            Baş leytenant

                       Təltifləri

                                                                                           

 

 

Şəhid Məlikov Mahmud Təhmasib oğlu 03 aprel  1994-cü ildə Neftçala rayonu Xol Qaraqaşlı kəndində anadan olmuşdur. Qismət Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta məktəbini bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirib.

Şəhid baş leytenant Məlikov Mahmud Təhmasib oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci ildə Neftçala rayonu Xol Qaraqaşlı kənd qəbirstanlığında dəfn olunub.

Şəhid Məlikov Mahmud Təhmasib oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Məlikov Mahmud Təhmasib oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Keçidlər