Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli Pərviz Həsən oğlu

                     

                  Soyadı :                         Məmmədli

                  Adı :                                Pərviz

                  Ata adı :                          Həsən

                  Doğum tarixi :                30.03.1996

                  Dəfn olunduğu tarix :    25.10.2020

                  Rütbə :                            MAHHXHQ Əsgər

                  Təltifləri

                                                                                

 

Şəhid Məmmədli Pərviz Həsən oğlu 30 mart 1996-cı ildə Neftçala rayonunda anadan olmuşdur. 2002-ci ildə Neftçala rayonu E. Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 5-ci sinfi Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyində, 6-8-ci sinfləri isə Bakı şəhərində yerləşən Respublika Olimpiya İdman Liseyində, təhsilini boks uzrə davam etdirmişdir.

2014-cü ilin aprel ayında Neftçala rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Pərviz Məmmədli ilk xidmətini Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövrundə hərbi hissədə rabitə bölüyündə baş rabitəçi xidmətini davam etdirir. Bir müddət sonra Qusar rayonu 651 saylı hərbi hissəyə ezam olunur və xidmətini orda davam etdirir. Bir il xidmət etdikdən sonra Pərviz komandirləri tərəfindən yüksək qiymətləndirilir və Xüsusi Təyinatlı Qüvvələrin kursuna yollayırlar. 200 nəfərin iştirak etdiyi 180 günlük kursda Pərviz daxil olmaqla 12 nəfər kursu müvəffəqiyyətlə başa vurur. Türkiyə Özəl Qüvvələri Komandirliyi tərfindən alqışlanır və xüsusi hədiyyə verilir.
Pərviz Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra yeni işinə Cəlilabad rayonunda N saylı hərbi hissədə başlayır.

2016-ci ilin Aprel döyüşlərində Pərviz iştirak edir və snayperlə sol bud nahiyyəsindən vurularaq ağır yaralanır. Bir müddət Gəncə Hospitalında yatır və 2 dəfə əməliyyat olunur.

2020-ci il ancaq təlimlərdə olur. Dağçılıq, amfibiya (dənizçilik) təlimlərində də nailiyyətlər əldə etmişdi.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Pərviz 26 sentyabr XTQ birlikdə müharibəyə yollanır. Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Xankəndi və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.

Məmmədli Pərviz Həsən oğlu 24 oktyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq şəhid olmuşdur. O doğma Neftçala rayonunda dəfn olunmuşdur. Ailəli olub. Bir qız övladı var.

Şəhid Məmmədli Pərviz Həsən oğlu xidməti dövründə "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, “Şücaətə görə” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Məmmədli Pərviz Həsən oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və "Füzulinin azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər