Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Prezident İlham Əliyevin 18 illik fəaliyyətinin uğurlu nəticələri" adlı tədbir keçirilib

26 dekabr 2021 | 04:12

Tədbirdə Neftçala RİH məsul şəxsləri, idarə, müəssisə, təşkilatların üzvləri və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 18 illik hakimiyyəti dövründə tarixi işlərə imza atmasından, Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurlardan, Ordu quruculuğundan, ölkəmiz beynəlxalq aləmdə qazandığı uğurlardan, Neftçala rayonuna ayrılan diqqət və qayğısından,  44 Günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən danışılıb.
Tədbirdə çıxış edən Neftçala RİH başçısının birinci müavini Şaiq Məmmədov, Vətən müharibəsi iştirakçısı və müəllim Vüqar Qələşov,  rayon fəalı Ülvi Fərzəliyev , tədbir iştirakçıları Tarixi Zəfərimizdən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 illik fəaliyyətindən danışıblar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Keçidlər