Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Zəfər Günü” -nə həsr olunan “Zəfər marafonu və veloyürüş” keçirilib

08 noyabr 2021 | 03:11

44 Günlük Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin dəstəyi və “Neftçala rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” silsilə tədbirlərinin davamı olaraq “Zəfər marafonu və veloyürüş” keçirilib.
“Zəfər marafonu və veloyürüş”-nü izləmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin  məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak edib.
44 Günlük Vətən müharibəsindəki qələbəmizə uyğun olaraq 44 km məsafədə “Zəfər marafonu”nda Əhmədov Ceynur ilk olaraq Neftçala şəhər Şəhidlər Xiyabanı Kompleksinin qarşısına çatıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu anılıb və önlərinə gül dəstələri düzülüb. Marafonun qalibi Ceynur Əhmədov və digər marafonçular Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
Marafonun qalibi Ölkəmizdə idmana və idmançılara göstərilən qayğıya görə Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə öz təşəkkür və minnətdarlığını bildirib.
“Zəfər Günü” -nə həsr olunan “Zəfər veloyürüş”-nə 100-dən artıq veloyürüşçü qoşulub və veloyürüşçülər 15 km məsafəni qət ediblər.  Veloyürüşü uğurla başa vuran bir qrup veloyürüşçü Fəxri Fərmanlarla təltif olunublar.
Çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü və qüdrəti nəticəsində 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, şəhid və qazilərimizin qəhrəmanlıqlarında danışıb. “Zəfər marafonu və veloyürüş”-ü iştirakçılarına uğurlar arzulayan RİH başçısı Zəfər Günü münasibətilə bütün iştirakçıları təbrik edib.


 

Keçidlər