Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Zəfər Günü” silsilə tədbirlərinin həyata keçirilməsi davam etdirilir

07 noyabr 2021 | 01:11

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Zəfər Günü” silsilə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu tədbirlərin davamı olaraq Vətən müharibəsi Qəhrəman Camal İsmayılovun adını daşıyan Neftçala şəhər Uşaq İncəsənət məktəbində Zəfər bayramı tədbiri keçirilib
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Şəhid ailələri, qazilər, müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev  Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala şəhər Uşaq İncəsənət məktəbinə adı verilib.
Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib.

Keçidlər