Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub

12 oktyabr 2021 | 02:10

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayon Xıllı qəsəbə sakini Səmədov Sabuhi İbrahim oğlunun, 2-ci Qaralı kənd sakinləri Nəcəfov Bəhruz Əli oğlunun və Süleymanov İsmayıl Kamal oğlunun şəhadətə yüksəlmələrinin ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və tər gül çiçəkləri düzülüb.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhid Səmədov Sabuhi İbrahim oğlu 23 iyun 1985-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 09-da Neftçala rayonu Xıllı qəsəbə qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə ölümündən sonra Sabuhi Səmədov təltif edilib.
Şəhid Nəcəfov Bəhruz Əli oğlu 9 mart 1996-cı ildə Neftçala rayonu Qaralı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 09-da Neftçala rayonu 2-ci Qaralı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə ölümündən sonra Bəhruz Nəcəfov təltif edilib.
Şəhid Süleymanov İsmayıl Kamal oğlu 1997-ci il aprelin 19-da Neftçala rayonu 2-ci Qaralı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 10-da Neftçala rayonu 2-ci Qaralı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə ölümündən sonra İsmayıl Süleymanov təltif edilib.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.

Keçidlər