Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 5 oktyabr müəllimlər günü qeyd olunub

06 oktyabr 2021 | 09:10

5 oktyabr müəllimlər günü Neftçala rayonunda qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və müəllimlər iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.
Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, ötən təhsil müddətində dünyadan köçən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyən Ulu Öndər Heydər Əliyev də bu dəyərli peşə sahiblərini çox yüksək qiymətləndirib və Ulu Öndər kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman təhsilə, müəllimlərə diqqət və qayğısı olub.
Tədbirdə çıxış edən Neftçala rayon Təhsil Şöbəsinin müdiri Vüqar Dadaşov, Vətən müharibəsi iştirakçısı müəllim Vüqar Qələşov, şəhid Natiq Məmmədovun bacısı Sevil Məmmədova təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində müəllimlərin ordu sıralarında döyüşmələrindən və qələbəmizdən danışdılar. Təhsilə göstərilən diqqət, qayğıya və 44 günlük Vətən müharibəsindəki qələbəmizə görə bütün müəllimlər adından Cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Çıxış edən Neftçala rayon Mərkəzi Xəstəxananın baş həkimi Elman Quliyev, YAP üzvü və gənc fəal Ülvi Fərzəliyev müəllimlərin təhsildə, insan həyatının formalaşmasındakı rolundan danışıblar. Göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib. Neftçala rayonunda Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni Məktəb layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi şagird və müəllimlərin istifadəsinə verilib, həmçinin Bankə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən yeni Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının tikintisi aparılır.
44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmətlərə görə bir qrup müəllimlər Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən “Fəxri Fərman” ilə təltif olunublar.
Neftçala rayonun ictimai- siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə 5 oktyabr Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi “Fəxri Fərman” ilə təltif olunublar.

Keçidlər