Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar Neftçala rayonun müxtəlif qəsəbə və kəndlərində silsilə tədbirləri keçirilib

28 sentyabr 2021 | 10:09

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala rayonun müxtəlif qəsəbə və kəndlərində  Anım Günü silsilə tədbirləri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Şəhidlərin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən şəhid ailələri, qazilər sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindən, əsgər və zabitlərin müharibə ruhundan şücaətlərindən, döyüş yollarından danışdılar.
Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri və qazilər Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbir məktəb şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Keçidlər