Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsinin veteranı Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında rəhmətə getmişdir.

02 sentyabr 2021 | 08:09

Böyük Vətən müharibəsinin veteranı Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında rəhmətə gedib. Böyük Vətən müharibəsinin veteranı Nağıyev Zəbullanın məzarı Neftçala RİH məsul şəxsləri tərəfindən ziyarət olunub, veteranın ailəsinə səbr dilənib və ruhuna dualar oxunub.
Böyük Vətən müharibəsi veteranı Nağıyev Zəbulla Cəfər oğlu 1925-ci ilin 29 dekabrında Neftçala rayonu Astanlı kəndində anadan olub. 1932-ci ildə Astanlı kənd 7 illik məktəbinin I sinfinə daxil olub. 1939-cu il tarixində Bakı şəhər Peşə məktəbində təhsilini davam etdirib. 1940-cı il tarixindən etibarən sovet ordusu sıralarında xidmət edib. Böyük Vətən müharibəsinin ilk günlərindən qələbə gününə kimi 18-ci ordunun sıralarında müxtəlif cəbhələrdə igidlik və qəhrəmanlıq göstərdiyinə görə müxtəlif orden və medallara layiq görülüb.
Böyük Vətənə Müharibəsində qələbənin 40 illik yubileyi münasibəti ilə SSRİ Ali Sovetinin sərəncamı, qələbənin 50 illik, 1995-ci il 1 May tarixli Ulu Öndər Heydər Əliyevin fərmanı, qələbənin 55 illik yubileyi münasibəti ilə Neftçala İcra hakimiyyətinin başçısının sərəncamı, qələbənin 65 illik yubleyi, 2010-cu il 2 mart tarixində Prezident İlham Əliyevin sərəncamı və digər müxtəlif orden,medal və döş nişanları ilə təltif olunub.
Böyük Vətən Müharibəsi qələbəsindən sonra müxtəlif sahələrdə işləyib. Veteran Nağıyev Zəbulla Cəfər oğlu 26 avqust 2021-ci ildə vəfat edib, Neftçala rayonu Astanlı kənd qəbiristanlığında dəfn olunub.

Keçidlər