Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda İctimai şuranın üzvləri ilə görüş keçirilib

17 iyun 2021 | 08:06

Neftçala Rayon İcra Hakimiyyətində İctimai şuraya seçilən üzvlər ilə görüş keçirilib. Görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri və şura üzvləri iştirak edib.
Neftçala RİH başçısı görüşdə çıxış edərək İctimai şuraya seçilən üzvləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb. İctimai iştirakçılığın məqsədləri haqqında danışan Neftçala RİH başçısı vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi bu gün dövlətimizin də xüsusi marağında olan  məsələlər sırasında  özünə yer tutduğunu qeyd edib.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər