Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda İctimai Şuranın iclası keçirilib

09 iyun 2021 | 01:06

Neftçala Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şuranın ilk iclası keçirilib. İclasdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Prezident İlham Əliyevin 22 noyabr 2013-cü il Sərəncamı ilə təsdiqlənən İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanununa əsasən Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın gizli səs vermə yolu ilə seçkisi keçirilib və 13 nəfərdən ibarət üzvləri seçilib.
İctimai Şuranın üzvü seçilənlərə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbriki və xoş sözləri diqqətlərinə çatdırılıb. Şuranın ilk iclasında şuranın sədri, sədrin müavini və katibi seçilib. İctimai şuranın sədri şəhid atası Məlikov Təhmasib Əşrəfoğlu, sədrin müavini Sultanov Duxtar Zabid oğlu və şuranın katibi Əsgərova Fərqanə Məsud qızı seçilib.

Keçidlər