Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 9 may Qələbə günü qeyd olunub

10 may 2021 | 01:05

Cənab Prezident İlham Əliyev 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak edən, faşist işğalçılarına qarşı gizli mübarizə aparan, arxa cəbhələrdə çalışan, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət edən şəxslərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb.     ⠀
Bu diqqət və qayğıdan irəli gələrək, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Neftçala Rayon Hüquq Mühafizə Orqanlarının rəhbərlərinin koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə  9 May faşizm üzərində qələbənin 76-ci il dönümü ilə əlaqədar 1941- 1945-ci illər abidə kompleksini ziyarət edib və müharibə veteranına baş çəkiblər. ⠀
⠀ İkinci dünya müharibəsində qəhrəmancasına vuruşmuş Nefçala rayon sakini Zəbulla Nağıyev ilə görüşüblər və bayram sovqatları çatdırıblar.⠀

Veteran onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

 

Keçidlər