Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Sahibkarlar Günü" qeyd olunub

30 aprel 2021 | 10:04

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.
"Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Kiçik Orta Biznesin İnkişaf Agentliyinin və Azəbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Neftçala Rayonunda "Sahibkarlar Günü" koronavirus (COVİD-19) pandemiyasını nəzər alaraq məhdud sayda sahibkarların iştirakı ilə qeyd olunub. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında KOB İnkişafı Agentliyinin, Prior Lizinq Salyan Filialının məsul şəxsləri və bir qurup sahibkar iştirak edib. Görüşdə dövlətimizin sahibkarlara dövlət dəstəyi mexanizmləri, dövlət güzəştləri barədə məlumat verilib, rayonda yeni biznes sahələrinin, yeni iş yerlərinin yaradılması və mövcud biznes sahələrinin inkişaf etdirilməsi və bu sahədə dövlət- sahibkar arasında münasibətlərin daha səmərəli təşkili müzakirə olunub. Sahibkarlıq sahəsində göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azəbaycan Sahibkarlar Konfederasiyası tərəfindən sahibkarlara “Fəxri Fərman” lar təqdim olunub.
Görüş sahibkarları maraqlandıran suallar və müzakirələr ilə davam etdirilib.

Keçidlər