Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Covid-19 xəstəliyi əleyhinə vaksinləşmə işlərinin aparılması mövzusunda müşavirə keçirilib

15 aprel 2021 | 09:04

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunma prosesinə başlanılıb. Vaksinasiya işinin daha effektiv aparılması üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mİrhəsən Seyidovun rəhbərliyi ilə videoformatda müşavirə keçirib. Müşavirədə vaksinasıya prosesinin aparılması, rayon mərkəzindən uzaqda olan kənd əhalisinin vaksinləşməsi üçün daha əlverişli şəraitin yaradılması və maarifləndirmə prosesi müzakirə olunub. Vaksinləşmə prosesini sürətli apararaq xalqımızı bu bəladan qorumaq üçün aidiyyəti təşkilatlara tövsiyyələr verilib.

Keçidlər