Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Vətən Müharibəsi Qəhrəmanı”-nın büstünün açılışı olub

13 aprel 2021 | 06:04

⠀ Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Millət vəkili Sabir Rüstəmxanlı, hüquq- mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və koronavirus (COVİD-19) virusu ilə əlaqədar olaraq məhdud sayda şəxslər iştirak edib. “Vətən Müharibəsi Qəhrəmanı”-nın büstünün açılışında Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov və Millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından⠀azad olunmasından, erməni işğalına son qoyulmasından və bu qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılovun xüsusi rəşadətindən, döyüş yolundan və igidliyindən danışılıb. Bu qələbəmiz şəhidlərimizin qanı və canı bahasına gəldiyi bildirilib.

Keçidlər