Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 65 yaşdan yuxarı vətəndaşların vaksinləşməsi prosesi davam edir

11 fevral 2021 | 03:02

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunma prosesinə başlanılıb. İlkin olaraq səhiyyə işçiləri vaksinləşmə prosesindən keçib. 05 fevral tarixindən randevu.its.gov.az saytında qeydiyyatdan keçən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası prosesinə  08 fevral tarixindən başlanılıb və davam edir.
Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlara Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun sərəncamı ilə yaradılan mobil qruplara daxil olan inzibati ərazi dairə üzrə nümayəndəlikləri tərəfindən vətəndaşların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsi təmin edilir.

Keçidlər