Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

21 yanvar 2021 | 03:01

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Xalqımızın azadlığı uğrunda həlak olmuş 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə Koronavirus (COVİD- 19) pandemiyasını nəzərə alaraq məhdud sayda nümayəndələrin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılmış abidəni ziyarət edib, önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Neftçala şəhər qəbiristanlığında Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarını ziyarət edib.

Keçidlər