Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada könüllü qanvermə aksiyası keçirilib

25 sentyabr 2020 | 08:09

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən növbəti sosial layihələrindən biri kimi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Azərbaycanda talassemiya xəstələrinə dövlət qayğısı ilə əhatə olunublar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif olan və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər.
Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyəti  Neftçala Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirib. Vətəndaşlar həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulublar.
Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

 

Keçidlər