Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalanın elektrik təsərrüfatı yenilənir

17 sentyabr 2020 | 06:09

Bankə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işlərinə başlanılıb.

Ölkə Başçısı İlham Əliyevin regionlara olan diqqət və qayğısını, bölgələrdə infrastruktur işlərinin görülməsi və yenilənməsi tapşırıqlarını nəzərə alaraq Neftçala şəhərində, qəsəbə, kəndlərdə abadlıq və quruculuq, elektrik xətlərinin yenilənməsi işlərinə başlanılıb. Görülən işlərin davamı olaraq “Azərişıq” ASC-nin Şirvan RETSİ-nin Neftçala Elektrik Şəbəkəsi Rayonun Bankə qəsəbəsində elektrik xətlərinin yenilənməsi və yenidən qurulması işlərinə başlayıb. Yenilənmə işləri zamanı elektrik güc transformatorları, eletrik dirəkləri və elektrik xətləri yenilənəcəkdir. İlkin olaraq elektrik dirəklərinin yenisi ilə əvəzlənməsi işlərinə başlanılıb. Yaxın günlərdə elektrik xətlərinin çəkilməsi və transformatorların yenisi ilə əvəzlənib quraşdırılması işlərinə başlanılacaq. Rayonda yenidən qurma, abadlıq və quruculuq işləri davamlı olaraq görüləcəkdir. Bu məsələlər Neftçala Rayon İcra Hakimiyyətinin Başçısının diqqət və nəzarətindədir.

Keçidlər