Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada aztəminatlı ailələrin övladlarına məktəbli hədiyyələri verilib

16 sentyabr 2020 | 07:09

Neftçala rayonunda ünvanlı sosial yardım alan, aztəminatlı və sosial yaşayışı aşağı olan ailələrin məktəbli övladlarına yardımlar olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qağısını, hər zaman ünvanlı sosial yardım alan, aztəminatlı, sosial yaşayışı aşağı olan ailələrə dəstəyini nəzərə alaraq Neftçala Rayon İcra Hakimiyyətinin və “PAŞA Holding” MMC -nin təşkilatçılığı, yerli idarə və müəssisələrin, bələdiyyələrin, bir neçə şirkətin, yerli iş adamları və sahibkarların dəstəyi ilə Rayon ərazisində şəhər, qəsəbə və kəndlərdə yaşayan ünvanlı sosial yardım alan, aztəminatlı, sosial yaşayışı aşağı olan ailələrin ibtidai siniflərdə təhsil alacaq məktəbli övladlarına yardımlar olunub və onlar məktəbli ləvazimatları ilə təmin edilib.

Koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq bu “Neftçala könüllüləri” ilə birgə Neftçala şəhərində, qəsəbə və kəndlərdə ünvanlı sosial yardım alan, aztəminatlıvə sosial yaşayışı aşağı olan ailələrin evlərinə aparılaraq onlara bir başa yerində təhvil verilib.

Valideynlər və şagirdlər bu yardıma sevinib və fərəh hissi keçiriblər. Şagirdlərdə öz növbəsində yaxşı oxuyacaqlarına və əla qiymətlər alacaqlarına söz veriblər.

İnanırıq ki, şagirdlərimiz yaxşı oxuyacaq vətənə, dövlətə, millətə, dövlətçiliyə sadiq olacaq və layiqli şagird kimi böyüyəcəklər.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun adından 15 sentyabr “Bilik Günü” münasibətilə bütün şagirdləri və müəllimləri təbrik edirik, təhsildə yeni uğurlar əldə etmələrini arzu edirik.

Keçidlər