Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

13 dekabr 2019 | 09:12

12 dekabr 2019-cu il tarixində Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, “N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi əlilləri və veteranları, dindarlar və ictiamiyyət nümayəndələri iştirak etmişdir.
     Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. 
     Sonra rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Fəridə” şadlıq evində ehsan süfrəsi açılmışdır.

 

 

 

 

 

 

 

Keçidlər