Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək Neftçala məktəbliləri Quba istiqamətində yola salındı

16 mart 2019 | 07:04

15 mart 2019-cu il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək 40 nəfər şagirdlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyəti ilə tanış olmuş, fotoşəkillərə baxmışlar. Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 15-18 mart 2019-cu il tarixlərində “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edən şagirdlərə uğurlar diləmişdir. Sonra Neftçala rayonunun ümumtəhsil məktəblərindən olan 40 nəfər şagird və onları müşaiyət edəcək 5 nəfər şəxs xüsusi ayrılmış avtobusla Quba istiqamətində yola salındılar.

Keçidlər