Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir

29 dekabr 2018 | 08:01

28 dekabr 2018-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayonun məktəbəqədər və orta təhsil məktəblərinin şagirdləri maraqlı musiqi, rəqs, şeir nömrələri və səhnəciklərlə çıxışlar etmişlər. Sonra tədbir Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının iştirakı ilə davam etmişdir. Bayram şənliyində Şaxta baba və Qar qız uşaqlara Yeni il arzularını çatdırmış, balacalara bayram hədiyyələri paylamış və onlarla birgə rəqs edərək şənliyə əlavə rəng qatmışlar.

Keçidlər