Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

29 aprel 2018 | 08:04

28 aprel 2018-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçıllığı ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasında görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışdılar. Qeyd olundu ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib. Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiramla, rəğbətlə anılacağı diqqətə çatdırılıb.

Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks edirən video-çarx nümayiş olunmuşdur.

Keçidlər