Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsinə yola salınıblar.

16 mart 2018 | 07:03

Martın 15-də səhər saatlarında Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında da böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Quba, Qusar və Xaçmaz marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

Tur-aksiya iştirakçıları – IX-XI sinif şagirdləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Elnur Bağırov bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Tur-aksiyaya qoşulan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Ləman Hüseynova, İlkanə İbrahimbəyli və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Meydana toplaşanların xeyir-duası ilə avtobus Quba-Qusar- Xaçmaz marşrutu istiqamətində yola düşüb.

Keçidlər