Şriftin ölçüsü :

Saytın rəngi :

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın “XX əsr fəryadın metafizikası” kitabının təqdimat mərasimi

18 oktyabr 2017 | 04:10

Oktyabrın 17-də Neftçala rayon Heydər Əliyev Mərkəzində  "Ədəbiyyat qəzeti"nin baş redaktoru, ədəbiyyatşünas alim Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabının təqdimat mərasimi təşkil olunmuşdu. Ədəbi cameəmizin patriarxlarından xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, görkəmli şair Çingiz Əlioğlu, yazıçı Dilsuz, AYB-nin katibi İlqar Fəhmi, rejissor Ramiz Həsənoğlu, millət vəkili Arif Rəhimzadə, eləcə də AYB-nin sədr müavini Nazim İbrahimov, ədəbiyyatşünas alimlərdən Rüstəm Kamal, Elnarə Akimova, Məti Osmanoğlu və başqalarının qatıldığı tədbir əsl söz-sənət bayramı ab-havası yaratdı. Mərkəzin direktoru Ruhəngiz Nəcəfova qonaqları salamladı. Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini Güntəkin Sadıqova rayonun son illərdəki uğurlarından və orada Azər Turanın yaradıcılığına dərin sayğı yaşanmasından söz açdı. Sonra çıxışlar başladı. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin əhatəli və məzmunlu çıxışından sonra kitabla bağlı müzakirələrə start verildi.

Keçidlər